image-2000x150
image-2ee27955-40ef-4ca8-a558-06250abf7fc7backend

Xilaskar dövlət xadimi

image-768x150

Ümummilli Lider Heydər Əliyev: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”

Azərbaycanın tarixinə Ümummilli Lider kimi düşmüş Heydər Əliyev ölkəmizin sosial, siyasi, ictimai, iqtisadi və digər bütün sahələrlə bağlı böyük fəaliyyəti olan nadir şəxsiyyətdir. Çünki Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev vəfatından 19 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.

Azərbaycan dövlətinin inkişaf tarixində yeni səhifə 1993-cü ildən başlamışdır. Həmin il keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Andına və xalqına sadiq qalmış Ulu Öndər andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Ümummilli Lider Heydər Əliyev fenomeni haqqında danışarkən, mütləq Onun fəaliyyətinə kənardan qiymət vermək lazımdır. Heydər Əliyev şəxsiyyətinin böyüklü, nəhəngliyi budur. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Ulu Öndər Heydər Əliyev özündən sonra nəzəri biliklərə əsaslanan dövlətçilik məktəbi qoyub gedib. Bu gün Azərbaycanda yüksək vəzifələrdə yer tutmuş insanlar məhz, həmin məktəbin yetirmələridirlər. Hətta, bugünkü gənclər də Ulu Öndərin ideyalarından bəhrələnir və idarəçilikdə iştirak edirlər.

Heydər Əliyev məktəbi Azərbaycana layiqli insanlar bəxş edib. Əlbəttə ki, bu məktəbin ən layiqli yetirməsi məhz, cənab Prezident İlham Əliyevdir. Bu gün Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 20 ilə yaxın müddətdə Prezindetliyi ilə cənab İlham Əliyev sübut etdi ki, dövlətini, xalqını qorumaq qabiliyyətinə malikdir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin diplomatik səriştəsini və sərkərdəlik gücünü bir daha gördü. Prezident İlham Əliyev məhz Ulu Öndər Heydər Əliyev ideyalarını reallaşdıraraq Qarabağ münaqişəsinin həllinə də nail oldu.

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki