image-2000x150
image-img_20220225_142424backend

Xocalı şəhidləri Köln Azərbaycan Evində anılacaq

image-768x150

Almaniya Azərbaycanlıları Alyansının və Alman Azərbaycan Mədəniyyət evinin təşkilatçılığı ilə 26.02.2022 tarixində saat 18:00-da Köln Azərbaycan Evində (Ünvan: Deutsch-Aserbaidschanisches Kulturhaus e.V:Neusser Straße 723, 50733 Köln) Xocalı faciəsinin 30-cu ildönümü münasibəti ilə anım tədbiri keçiriləcəkdir.

“Diaspornews.az” xəbər verir ki, tədbirdə Xocalı faciəsinin 30 illik yaddaşına nəzər salmaqla yanaşı, həmçinin Xocalı soyqırımının canlı şahidi “Erməni təcavüzünün tanıdılması” İB-nin sədri, yazıçı, publisist Səriyyə Müslüm qızının qələmə aldığı “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatı nəzərdə tutulmuşdur.
Xocalı rayon orta məktəbinin müəlliməsi olmuş Səriyyə xanım, Xocalıda şəhid edilən 63 uşaqdan 16 nəfərinin müəlliməsi olmuşdur. Şəhid olan şagirdlərinin xatirəsinə ithaf etdiyi  “Onlar heç vaxt böyüməyəcəklər” kitabı dünyanın 7 ölkəsində müxtəlif dillərdə çap edilmişdir. Kitabın alman dilinə tərcüməsi və Almaniyada nəşri Alman Azərbaycan Mədəniyyət evi tərəfindən həyata keçirilmişdir.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki