image-2000x150
image-img_20220218_095018backend

Xocalı soyqırımı Kanada Parlamentinin gündəmində, erməni icması təlaşda

image-768x150

Kanada Parlamenti tarixində ilk dəfədir ki, XOCALI QƏTLİAMI gündəmə gəldi və ən mühüm hadisə isə odur ki, bu qətliam erməni hərbi birləşmələri tərəfindən xalqımıza qarşı ETNİK TƏMİZLƏMƏ kimi təqdim edildi.
Bu haqda “Neuron Technologies” şirkətinin rəhbəri, Kanadada yaşayan Azərbaycan icmasının nümayəndəsi İsmayıl Ələkbərov özünün “Facebook” səhifəsində məlumat verib.
O qeyd edib ki, bu, Kanadada yaşayan hər bir azərbaycanlının və bütün Azərbaycan xalqının uğurudur: “Kanada Hökuməti 45 gün ərzində təqdim edilən petisiyanı nəzərdən keçirəcək və ümid edirik ki, bu görülən işlərin nəticəsi olaraq, Xocalı qətliamı Kanada tərəfindən rəsmən tanınacaq və 26 fevral Kanadada MİLLİ ANIM GÜNÜ kimi qəbul ediləcək. Bu görülən işlərə görə Kanadada yaşayan və bu işdə əməyi keçən soydaşlarımıza, xüsusilə də Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) sədri Anar Cahangirliyə, təşkilatımızn icraçı direktoru Nika Cəbiyevaya və idarə heyətinin hər bir 9 üzvünə hədsiz təşəkkürlər!… Kanadada yaşayan həmvətənlərimiz bütün dünya ölkələrində olan diasporalarına nümunə ola biləcək tarix yazmaqda davam edir. Kanada siyasətçiləri artıq bizim haqq səsimizi nəinki eşidir, ölkənin siyasi dairələri artıq bizimlə hesablaşır. Tam əksinə, erməni icmasının təlaşı çoxalmaqda davam edir və bu da mövqelərimizin güclənməsinə kömək edir. Burada ən mühüm məqamlardan biri də odur ki, bütün işlər on minlərlə soydaşımızı, 20-dən artıq icma qurumlarımızı bir çətir altında birləşdirən vahid bir şəbəkədən – Kanada Azərbaycanlıları Şəbəkəsindən idarə olunur. Biz fəxr edirik ki, Azərbaycanlıyıq və bütün canımızla-qanımıza doğma el-obamıza bağlıyıq. Mən demişdim, müharibə Azərbaycanda bitsə də, okeanın bu tərəfində davam edəcək – bax bunları deyirdim. Ona görə də, biz müharibə dövründə olduğundan daha çevik və fəal olmalıyıq ki, qələbələrimiz davamlı və dayanıqlı olsun…”

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki