image-2000x150
image-19-19-50-1645829767407127983_367x266backend

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Monteneqroda məlumatlandırıcı aksiya təşkil olunub

image-768x150

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar paytaxt Podqoritsa şəhərində məlumatlandırıcı aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya zamanı paytaxt sakinlərinə flayerlər paylanılıb. Flayerlərdə Monteneqro dilində Xocalı soyqırımında erməni quldurları tərəfindən 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfərin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini itirdiyi, 130 uşağın valideynlərindən birini itirdiyi, 76 uşaq olmaqla 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü və 150 nəfərin itkin düşdüyü barədə məlumatlar öz əksini tapıb. Soyqırımı haqqında dünyanın nüfuzlu mətbuat orqanlarının xəbərlərindən çıxarışlar qeyd olunub. İnsanlara soyqırımı vəhşiliklərini unutmamaq çağırışı edilib.
Eyni zamanda, Monteneqro ilə Bosniya və Herseqovina mətbuatında Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin müşaviri Bojidar Proroçiçin Xocalı soyqırımının 30-cu ildönümü haqqında məqaləsi dərc olunub. Yazıda erməni vəhşilikləri, Xocalı soyqırımı və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə geniş məlumat verilib.

image-img_20220226_192017

image-img_20220226_192112

image-img_20220226_192041

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki