image-2000x150
image-fb_img_1645351752303backend

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Niderlandda silsilə tədbirlər keçiriləcək

image-768x150

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Niderland Krallığında silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.
BAK-dan “Diaspornews az”a bildirilib ki,  Rotterdam şəhərində yerləşən Life&Changing İncəsənət və Mədəniyyət Mərkəzində Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Xocalıya ədalət” adlı anım tədbiri keçirilmişdir.
Tədbir işinə Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra, Xocalı Faciəsinə həsr edilmiş film nümayiş etdirilib. Giriş sözü ilə tədbiri BAK-ın sədri Elsevər Məmmədov açıb.
Daha sonra söz Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundova verilib.
Xocalı həqiqətlərinin bütün dünyaya yayaraq ədalət istənilməsini vurğulayan, səfir, eləcə də törədilən cinayətlərin hələ də araşdırılmaması və ədalət istəyimizin cavabsız qalmasını qeyd edib. Bu haqq işdə mübarizənin davam edilməsinin zəruri olduğunu söyləyib.
Tədbirdə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva da çıxış edib.

Tədbirin kiçik iştirakçılarından olan Sara seyr etdiyi filmdən təsirlənərək öz hisslərini bölüşüb, bir daha müharibənin olmamasının və həmişə sülh və əminamanlığın olmasını arzulyıb. Onu qeyd etmək lazımdır ki, tədbirdəki qonaqların əksəriyyəti holland cəmiyyət və təşkilatlarının nümayəndələri olduğundan tədbir əsasən holland dilində keçib. Döğma dilimizdəki çıxışları holland dilinə tədbirin aparıcısı, BAK sədrinin müavini Lamiyə Babayeva tərcümə edib.
Rəsmi hissədən sonra, qonaqlar Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə təşkil edilmiş sərgidə iştirak ediblər. Sərgidə Niderland Krallığında yaşayan tanınmış rəssam Rasim Hüseynovun və onun xanımı Vəfa Rüstəmovanın Azərbaycan xalqının başına gələn müsibətlərdən təsirlənərək yaratdıqları sənət əsərləri və Xocalı Faciəsini əks etdirən foto tabloları nümayiş etdirilib. Qonaqlar kamança ustası İlham Babayevin ifasında muğam kompozisiyarını dinləyiblər. Filmdən və soyqırım haqda verilən məlumatlardan təsirlənən holland qonaqlar, XX əsrdə törədilən bu cür qeyri-insanı hərəkətlərin yol verilməzliyini və xalqımızın başına gətirilən bütün haqsızlıq və bəlalardan təəssüfləndiklərini bildiriblər. Müxtəlif fikirlər və mübadilələrdən sonra tədbir öz işini yekunlaşdırıb.

image-fb_img_1645351748880

image-save_20220220_143456

image-fb_img_1645351740523

image-fb_img_1645351759289

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki