image-2000x150
image-img-20220228-wa0004backend

Xocalı soyqrımının 30 illiyi ilə əlaqədar alman millət vəkillərinə məktublar yazılacaq

image-768x150

Fevral ayının 26-da Almaniyanın Köln şəhərində Alman Azərbaycan Mədəniyyət evi və Almaniya Azərbaycanlıları Alyansının təşikaltçılığı ilə Xocalı soyqrımının 30-cu ildönümü-anım tədbiri keçirilmişdir.

Bu haqda “Diaspornews.az”a Alman Azərbaycan Mədəniyyət evinin mətbuat xidmədindən məlumat verilib.

Tədbirdə, həmçinin Erməni Təcavüzünün Tanıdılması İB-nın sədri Səriyyə Cəfərovanın Xocalıda şəhid olan şagirdlərinə həsr etdiyi və Alman Azərbaycan Mədəniyyət evi tərəfində alman dilində çap etdirilmiş ‘’Onlar heç vaxt böyüməyəcəklər’’ kitabı müəllif tərəfindən oxucularına təqdim edilmişdir. Yerli alman və digər xalqların nümayəndılərinin də iştirak etdiyi tədbirdə alman və ingilis dillərində Xocalı soyqrımı həqiqətləri diqqətə çatdırılmışdır. Xocalıda şəhid olan 63 uşağın 26-sına dərs demiş və Xocalıda bir çox yaxınlarını itirmiş müəllifin Xocalı haqda xatirələri dinləyicilər tərəfindən heyrətlə qarşılanmış və bu il Xocalı soyqrımının 30 illiyi ilə əlaqədar alman federal millət vəkillərinə ünvanmaq üçün məktubların yazılması qərarlaşdırılmışdır.

 

image-img-20220228-wa0012

image-img-20220228-wa0011

image-img-20220228-wa0006

image-img-20220228-wa0014

image-img-20220228-wa0010

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki