image-2000x150
image-fb_img_1645996401740backend

Yekaterinburqda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

image-768x150

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni təşkilatının təşəbbüsü və Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulluğunun yaxından iştirakı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Anım tədbiri Xocalı soyqırımı faciəsini əks etdirən fotoşəkillərin sərgisi ilə başlayıb.

Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnlərinin səslənməsi ilə davam edən anım tədbirində Xocalı soyqırımı hadisələrinə dair film nümayiş olunub.

Tədbirdə çıxış edən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni təşkilatının sədri Şahin Şıxlinski, Sverdlovski vilayətinin deputatı Vyaçeslav Vaqner və Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğununun rəhbəri vəzifəsini icra edən Şöhrət Mustafayev çıxış edərək tariximizə Xocalı soyqırımı kimi daxil olmuş 26 fevral faciəsinin tarixə Azərbaycan xalqının iradəsinin sarsılmazlığının nümunəsi olaraq yazıldığını diqqətə çatdırıb.

image-fb_img_1645996409716

image-fb_img_1645996406339

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki