image-2000x150
image-20220902093450_screenshot_2022-09-02_093400backend

Yunanıstan mediasında Azərbaycanda yaşayan yunan icmasından bəhs edilib

image-768x150

Yunanıstanın https://www.karfitsa.gr xəbər portalında “Azərbaycan yunanları” sərlövhəli məqalə yerləşdirilib.

“QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun qələmə aldığı məqalədə ölkəmizdə yunanların məskunlaşması tarixi, 1937-ci ildə sovet rejiminin repressiyalarına məruz qaldığı, Qafqazdakı bütün yunanların Qazaxıstana sürgün edildiyi və digər faktlar barədə ətraflı məlumat verilib.

Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda Yunanıstan səfirliyinin və yunan mədəniyyət mərkəzinin açıldğı, 100 yunan ailəsindən ibarət “Aqro” icmasının fəaliyyətə başladığı nəzərə çatdırılıb. “Hazırda Azərbaycanda 535 nəfər yunan yaşayır. Onlar respublikanın inkişafına öz töhfələrini verirlər”, – deyə müəllif vurğulayıb.

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündr:

https://www.karfitsa.gr/diethni/qala-oi-ellines-tou-azerbaitzan/ 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki