image-2000x150
image-img_20220518_180939backend

Yunanıstan mediasında görkəmli aktrisa Nəsibə Zeynalovadan bəhs edilib

image-768x150

Yunanıstanın https://www.karfitsa.gr xəbər portalında Azərbaycanın görkəmli teatr və kino aktrisası, xalq artisti Nəsibə Zeynalovaya həsr olunmuş məqalə yayımlanıb.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun müəllifi olduğu məqalədə Nəsibə Zeynalovanın həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

“Nəsibə Zeynalova həqiqətən də Azərbaycanın teatr və kino sahəsi tarixində unikal fenomen olan parlaq aktrisa idi. Əfsanəvi aktrisa bir çox filmlərdə, onlarla tamaşada rol alıb, unudulmaz obrazlar yaradıb. Bəlkə də yeganə “qaynana” idi ki, demək olar ki, bütün xalq tərəfindən sevilirdi. Əksəriyyət eyniadlı musiqili komediyasındakı diqqətəlayiq roluna görə Nəşibə xanımı “Azərbaycanın böyük qayınanası” kimi xatırlayır”, – deyə müəllif vurğulayıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/qala-nasiba-zeinalova/

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki