27 Sentyabr – Anım Günü ilə əlaqədar “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Cəmiyyətin sədri Rəşid Məmmədov açaraq Birinci və İkinci Qarabağ müharibələri barədə məlumat verib. Vətən müharibəsində xalqımızın mübarizəsinin, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlığı və liderliyinin nəticəsi kimi bu gün ölkəmizin ərazi bütövlüyünün bərpasının ölkə xaricində yaşayan həmvətənlərimizdə necə fərəh, qürur hissi yaratdığını vurğulayıb.
Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb və Anım Gününə həsr olunmuş qısa film nümayiş olunub. Tədbirin qonaqları sırasında cəmiyyətin üzvləri – Yaqub Məmmədov və digərləri çıxış edərək müharibə qəhrəmanları barədə fikirlər söyləyiblər.