image-2000x150
image-img-20220227-wa0078backend

Yunanıstanda “Xocalı soyqırımını unutma!” adlı fotosərgi keçirilib

image-768x150

20-28 Fevral, 2022-ci il tarixlərində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan evi “QALA” Cəmiyyətinin ofisində “Xocalı soyqırımını unutma!” adlı fotosərgi keçirib.
26 fevral tarixində Xocalı qətliamının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” anım tədbirində Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı, Saloniki şəhərində yaşayan türk qardaşlarımız və yunan dostlarımız da fəal iştirak edib. Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımının tarixi və nəticələri barədə geniş məlumat verərək 1992-ci fevralın 25-dən 26-sına keçən faciəli hadisənin Azərbaycanın tarixində təkcə qətliam deyil, Azərbaycan xalqına qarşı soyqırım olduğunu qeyd etmiş, Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsini qınamışdır. “Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti yaradır. Bu dərd bizi həmişə için-için sızladır”,-deyə Rəşid Məmmədov qeyd edərək, Xocalı şəhidlərinə Allahdan rəhmət və xalqımıza səbr arzulamışdır. Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilərək ehsan süfrəsi arxasında müzakirələr aparılıb və şəhidlərimizin ruhu sükutla yad edilib. Tədbir iştirakçılarına Xocalı soyqırımına aid video materiallar və broşurlar təqdim olunmuşdur.

Xocalı qətliamının 30-cu ildönümü ilə əlaqədar yerli mətbuatda yazı dərc olunmuşdur.Aşağıdakı link üzərində məqaləni oxumaq mumkundür:

https://www.karfitsa.gr/diethni/qala-30-chronia-apo-ti-genoktonia-tou-chotzali/

image-img-20220227-wa0080

image-img-20220227-wa0075

image-img-20220227-wa0076

image-img-20220227-wa0073

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki