Mart ayının 19-da “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evi, Saloniki şəhərində yaşayan həmvətənlərimiz və Cəmiyyətin fəal üzvləri ilə birlikdə Novruz bayramını qeyd etdi. Şənliyə Serkan bəy Gedik, Keçmiş Sovet İttifaqı ölkələrindən olan Yunan İcmalarının Ümumyunan Federasiyasının sədri Aleksandros bəy Mixalidis və Baş Katib vəkil Mzia xanım Kataidu,Alim Türkoloq Sokrat bəy Angelidis,Müğənni Nina xanım Katiqaridu, Yunanıstanda yaşayan türk tələbələr,Ukrainada-Yunanlar təşkilatının sədr müavini Nina xanım Paskal və bölgələr üzrə sədr Nikiti bəy İnkermanlis,Yunanlar,Salonik şəhərində yaşayan dost Gürcülər təşrif buyurdular. Cəmiyyətin sədri Rəşid Məmmədov Novruz Bayramı və onun adətləri, Novruzdan öncə Çərşənbələrin keçirilməsi haqda geniş məlumat verdi: “Qürbətdə olan bütün həmvətənlərimizi milli bayramlarda həmrəy görməyin necə qürurverici hiss olduğunu qeyd edərək, cəmiyyətimiz adından xalqımızın bahar bayramını təbrik edir, firavanlıq, sülh və bərəkət arzu edirik!”