image-2000x150
image-img_20220426_191118backend

“Zəfər Qurultayının Şuşada keçirilməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir”

image-768x150

Şuşada keçirilən Zəfər Qurultayı dünyada yaşayan bütün azərbaycalılar üçün çox böyük tarixi əhəmiyyət kəsb edir”. Bu fikirləri Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə saytımıza bildirib.

Könül Hacızadə deyib ki, qurultayın açılışında Ali Baş Komandan İlham Əliyevin çıxışı həm də dünyada yaşayan azərbaycanlılar üçün bir tövsiyə xarakteri daşıyır: “Cənab Prezident gələcəkdə daha da irəliyə addım atmaq üçün geniş və yüksək səslə Azərbaycanın hər zaman haqlı olduğunu bütün dünyaya çatdırmağı, o cümlədən Azərbaycan dilinin, mədəniyyətinin, adət-ənənələrinin bütün dünyada tanınması, sevilməsi və öyrədilməsi üçün diaspor təşkilatlarına və xaricdə yaşayan həmvətənlilərimizə öz çıxışında tövsiyə etdi. Bu çağırışlara uyğun fəaliyyət göstərmək xaricdəki soydaşlarımızın əsas amalı olmalıdır”.
Könül Hacızadə bildirib ki, cənab Prezident üzərinə götürdüyü bütün öhdəlikləri, vədlərini həmişə yerinə yetirdiyini əyani şəkildə sübut etdi: “Zəfər Qurultayı da bunun bariz nümunəsidir. Bu qurultayın Şuşada keçirilməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir.
Mən Küveytdə bir diaspor rəhbəri olaraq Möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışını dinlədikcə qürur hissi duyur və gələcəkdə Prezidentimizin irəli sürdüyü məsələləri layiqincə əməl etməyə çalışacağam. Ölkə başçısının dediyi kimi, Azərbaycan xalqı bundan sonra müzəffər və qalib bir xalq olaraq əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət olaraq həmişə yaşayacaq. Bu böyük bir xoşbəxtlik və qürurvericidir.
Ulu Öndər Heydər Əliyev demişkən: “Mən hər zaman fəxr etmişəm və bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam”.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

image-img-20220426-wa0093

image-img-20220426-wa0101

image-img-20220426-wa0095

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki