image-2000x150
image-img_20220425_000626backend

“Zəfər Qurultayının Şuşada keçirilməsi Vətən müharibəsində qazanılan şanlı qələbənin nəticəsidir”

image-768x150

“Zəfər Qurultayının Şuşada keçirilməsi Vətən müharibəsində qazanılan şanlı qələbənin nəticəsidir. Biz qurultaydan öncə Fəxri xiyabanda olduq. Həmçinin I və II Şəhidlər Xiyabanına gedərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdik və bizə bu zəfəri yaşadanların məzarları önünə gül dəstələri düzdük. Biz məhz onların sayəsində xaricdə artıq alnı açıq,üzü ağ gəzirik. Vətənə də böyük sevinc hissi ilə qalib xalqın nümayəndəsi olaraq gəlmişik”. Bu fikirləri Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri, Şəhid qardaşı, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Əli Kazımov Diaspornews.aza açıqlamasında deyib.

Zəfər Qurultayın iştirakçısı olmaqdan böyük qürur hissi keçirdiyini deyən Əli Kazımov bildirib ki, aprelin 22-də Prezident İlham Əliyev Şuşadan dünyaya önəmli mesajlar verdi: “Ölkə başçısı, həmçinin diaspor təşkilatlarına perspektiv fəaliyyətlərini necə davam etdirmələri ilə bağlı tövsiyələrini verdi. Bütün bunları bizlər layiqli şəkildə öz fəaliyyətimizdə həyata keçirəcəyik”.
Xatırladaq ki, qurultayda Əli Kazımova “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

image-img-20220424-wa0125

image-img-20220424-wa0128

image-img-20220424-wa0124

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki