image-2000x150
image-received_3086094571602124backend

“Zəfər Yolu” iki dildə çap olunub…

image-768x150

“Zəfər Yolu” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunub. Bu barədə “Diaspornews.az”a kitabın həmmüəllifi Vüqar Şahinoğlu məlumat verib. Kitabın giriş hissəsində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun parlaq qələbəsindən və xalqımızın 44 günlük savaş ərzində neçə birlik nümayiş etdirməsindən danışılır, “Zəfər yolu” adlı bu kitap zəfərdən bəhs edir. 30 il torpaq həsrəti ilə yaşayan bütün azərbaycanlılar bu zəfəri, bu sevinci gözləyirdi. Bizim savaş haqq savaşı idi. Ali baş komandanımız, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət, Azərbaycanın müzəffər ordusunun şücaəti, cəsarəti sayəsində torpaqlarımız işğaldan azad olundu, 44 günlük mücadiləmiz qələbə ilə nəticələndi. Qalibiyyətimizin sevinci bu kitabda tərənnüm olunub.

 

Qeyd edək ki, kitabın müəllifləri Azərbaycan Yazıçılar birliyinin üzvü, prezident təqaüdçüsü tanınmış yazar İradə Əlili və müstəqil jurnalist Vüqar Şahinoğludur. Burada 15-ə qədər Qarabağdan olan məcburi köçkün olmuş tanınmış media və ictimaiyyət nümayəndələrinin, o cümlədən digər peşə sahiblərinin işğaldan azad edilmiş torpaqlar haqqında fikirləri öyrənilib, müsahibələr hazırlanıb. Kitabın ön sözünü Cəbrayıldan seçilən millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovdur. Kitabın redaktoru Əməkdar jurnalist Elnarə Dərziyeva, məsləhətçiləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının əməkdaşı Azadə Novruzova, Niderland-Belçika koordinasiya şurasının əlaqələndirici üzvü İlkanə Yusifova, tərcüməçi Xəyalə Qurbanova, korrektorlar Səadət Tanrıverdiyeva, Ləman Bağırlı, Dizayneri Leyla Babazadədir. Kitabın, istisna hal baş verməzsə, təqdimat mərasiminin 2022-ci ilin ilk ayında Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilməsi planlaşdırılır. Həmçinin “Zəfər Yolu” kitabının yaxın zamanlarda Türkiyə türkcəsində dərc edilməsi gerçəkləşəcək. Nəşri Türkiyə türkcəsinə çevirən isə Bakı Dövlət Universitetinin müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərovadır.

Kitab satış üçün nəzərdə tutulmayıb, aidiyyəti üzrə dövlət qurumlarına, Azərbaycanın xarici ölkədəki səfirliklərinə, diaspor təşkilatlarına təqdim ediləcək.

image-received_588913139078510

image-received_274670474766237

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki