image-2000x150
image-1backend

Belarusun Vileyka şəhərində keçirilən bayram tədbirində Azərbaycan təmsil olunub

image-768x150

“Belarus və Azərbaycan: iki ölkənin bərəkətli payızı” adlı sərgi ziyarətçilərin xüsusi marağına səbəb olub

  Sentyabrın 27-də Belarusun Vileyka şəhərinin Dolqinovo kəndində “Dajınki–2025” adlı regional məhsul bayramı (Дажынкi -2025) keçirilib.

Tədbir çərçivəsində milli yeməklər, kənd təsərrüfatı məhsulları, əl işləri və digər nümunələr nümayiş olunub. Bayramda ilk dəfə olaraq Belarusun “Azərbaycan İcmaları Konqresi” tərəfindən xüsusi sərgi təşkil edilib.

“Belarus və Azərbaycan: iki ölkənin bərəkətli payızı” adlı sərgidə Azərbaycan mətbəxinin nümunələri, milli geyimlər, ekzotik narlar və yerli içkilər ziyarətçilərin xüsusi marağına səbəb olub.

Tədbirdə Belarusun “Azərbaycan İcmaları Konqresi”nin üzvləri Camal Nağıyev və Cəmilə Əliyeva çıxış edərək, iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, milli geyimləri, xalçaçılıq sənəti və turizm potensialı barədə ətraflı məlumat veriblər.

Bayram tədbirində, həmçinin Belarusun “Azərbaycan İcmaları Konqresi”nin Qrodno şəhəri üzrə nümayəndəliyinin rəhbəri Elxan Bəylərov və Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimov çıxış ediblər.

Çıxışçılar Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırovun salamlarını və təbriklərini bayram iştirakçılarına çatdırıblar.

Konqres üzvləri “Nar bayramı”nı Vileyka sakinləri ilə birgə qeyd etməkdən məmnun olduqlarını bildirərək, məhsul yığımında hər bir insanın zəhmətinin və əməyi ənənəsinin önəmini vurğulayıblar.

Tədbirin sonunda Konqres üzvləri Vileyka Rayon İcraiyyə Komitəsinin sədri Anatoli Zavatskının adından mükafatlarla təltif olunublar.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki