arixə Şəhid qanı ilə yazılan Şanlı tariximizin beşinci ildönümü Zəfər təntənəsi ilə qeyd olundu. AYB-nin və AJB-nin üzvü,”VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, şair-publisist Manya Səxavətqızının 12-ci kitabı oxuculara təqdim olundu. 14 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Mədəniyyət Nazirliyinin göstərişi ilə Xızı rayon Heydər Əliyev Mərkəzində Şəhidlərimizin adlarının, qəhrəmanlıqlarının əbədiləşdirildiyi “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin V-hissəsi olan “VƏTƏN FƏDAİLƏRİ:ŞABRAN-SİYƏZƏN-XIZI ŞƏHİDLƏRİ” kitabının ilk təqdimatı keçirildi. Tədbir Müdafiə Nazirliyinin 5-ci korpus komandanlığının tərkibində olan Hərbi orkestrın və N saylı hərbi hissənin şəxsi heyəti, Şəhid ailələri, rayon ictimayyəti və digər bölgələrdən gələn qonaqların iştirak ilə keçirildi. Öncə hərbi orkestrın müşayəti ilə Şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib və dövlət himnimiz səslənib. Ardınca kitabın müəllifi Manya Səxavətqızı, dəstəkçisi Şahin Məmmədov və digər qonaqlar öz çıxışlarına kitabın və tədbirin mahiyyəti haqqında öz fikirlərini bölüşdülər. Sonda bütün qonaqlara kitab təqdim olundu və xatirə şəkilləri çəkildi. Tədbirdən sonra Şəhidlər Xiyabanı ziyarət olundu.





























