image-2000x150
image-733fc914-059e-4351-8b98-3149ab59cc4dbackend

“Mübarizdən sonra” kitabının Biləsuvarda növbəti təqdimatı – FOTOLAR

image-768x150

“Mübarizdən sonra” kitabının növbəti təqdimatı Biləsuvar şəhər Ş. Qurbanov adına 2 saylı tam orta məktəbində keçirilib. Akt zalında təşkil olunan tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Hacı Mirnəsib Kazımov bu cür ədəbi-bədii layihələrin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

O, kitabın yeniyetmələr üçün həm vətənpərvərlik, həm də mənəvi dayaq baxımından əhəmiyyətli olduğunu qeyd edib. Sonra jurnalist Samir Qurbanov “Mübarizdən sonra” kitabının gələcək nəslin formalaşmasında böyük stimul olacağını bildirdi və Mübariz İbrahimovun atası Hacı Ağakərim İbrahimovun düşüncələrindən, kitabın necə ərsəyə gəlməsindən danışdı.

Daha sonra kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Müşfiq Muğanlı çıxış edərək “Mübarizdən sonra” əsərinin ideya-fəlsəfi mahiyyəti haqqında geniş məlumat verib. Müəllif kitabda şəhidlik anlayışının, vətən sevgisinin və milli yaddaşın bədii ifadə formasından bəhs edib, gənclərin bu ruhda yetişməsinin vacibliyini önə çəkib.

Çıxışlarda mərhum Ağakərim İbrahimovun vəsiyyətinə əsasən həyata keçirilən bu layihənin əsas məqsədinin yeniyetmə və gənclərin şəxsiyyət kimi formalaşmasına töhfə vermək olduğu vurğulanıb, kitab təqdimatlarının maarifləndirici və tərbiyəvi əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları “Mübarizdən sonra” kitabının məktəblilər üçün dəyərli bir mənəvi qaynaq olduğunu bildirərək bu cür görüşlərin davamlı olmasını arzulayıblar.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki