image-2000x150
image-whatsapp-image-2026-05-12-at-11backend

QARABAĞ ZƏFƏRİ VƏ REGİONAL GÜC MÜBARİZƏSİ İSTANBULDA MÜZAKİRƏ OLUNDU

image-768x150

11 may 2026-cı il tarixində, Müstafi Tümamiral Prof. Dr. Cihat YAYCI Paşanın qurucusu olduğu Mavi Vatan Türk DEGS Mərkəzi ilə İstanbul Topkapı Universitetinin birgə layihəsi çərçivəsində fəaliyyət göstərən “Mavi Vatan Milli Güvenlik ve İstihbarat Akademisi” nəzdində akademik heyətin, dövlət qulluqçularının, magistr və doktorantların iştirakı ilə “Diplomatiya və Regional Güc Mübarizəsi: Qarabağ Zəfəri və Regional Balanslar” mövzusunda seminar keçirilmişdir.

Seminar həmyerlimiz, Türk DEGS Qafqaz Təhlükəsizlik Uzmanı, Qafqaz Tarixi Mərkəzinin Türkiyə nümayəndəsi, Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Akif QASIMOV tərəfindən iştirakçılara təqdim olunmuşdur.

Hörmətli qazimiz seminar çərçivəsində Zəngəzur dəhlizi və TRIPP yolu, Qafqazdakı regional təhlükəsizlik balansları, Türkiyə–Azərbaycan müttəfiqliyi və ortaq strateji siyasətlər, həmçinin Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında daha da güclənən strateji tərəfdaşlıq mövzularında geniş və əhatəli təhlillər aparmış, proqramın sonunda isə iştirakçıların suallarını cavablandırmışdır.

Proqram və seminarın təşkilində göstərdiyi dəyərli dəstəyə görə hörmətli Elifnaz Yar hocamıza təşəkkürümüzü bildiririk.

Seminarın media dəstəkçisi – Diaspor Fəaliyyətlərinə Jurnalistlərin Dəstəyi İctimai Birliyidir.

image-whatsapp-image-2026-05sss

image-whatsapp-image-2026-05-1aa

image-whatsapp-image-2026-uuu

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki