image-2000x150
image-1f08cb3c-0763-4eee-a037-bbf3060712a7backend

Soydaşlarımız Sidneydə Sülh və Azadlıq Bayramı münasibətilə keçirilən tədbirdə iştirak ediblər

image-768x150

İyulun 19-da Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Sülh və Azadlıq Bayramı münasibətilə Avstraliyanın Sidney şəhərində rəsmi tədbir keçirilib.

Tədbirə rəsmi dəvətlə GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl Oyta qatılıb.

Bayram tədbiri Sidney şəhərində yerləşən KKTC Evində təşkil olunub. Mərasimdə müxtəlif türk icmalarının nümayəndələri, ictimai xadimlər və qonaqlar iştirak edərək Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Sülh və Azadlıq Bayramını qeyd ediblər.

Tədbir çərçivəsində çıxışlar edilib, KKTC-nin tarixi, azadlıq və mübarizə yolu, həmçinin türk dünyasının həmrəyliyinin əhəmiyyəti vurğulanıb. İştirakçılar bu əlamətdar gün münasibətilə KKTC xalqını təbrik edərək sülh, sabitlik və firavanlıq arzularını ifadə ediblər.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki