2026-cı ilin iyun ayında Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin, humanitar və mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə “Beynəlxalq Humanistika İnstitutu” İctimai Birliyinin sədri Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyində görüş keçirib.
Görüşdə nümayəndə heyəti Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyinin müşaviri Samir Məlikli ilə bir araya gələrək iki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsi, mədəni diplomatiyanın təşviqi, ictimai təşkilatlar arasında əməkdaşlığın inkişafı və gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Tərəflər Azərbaycan–Vyetnam münasibətlərinin möhkəmləndirilməsində ictimai diplomatiyanın rolunu xüsusi vurğulayaraq, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün yeni təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.
Görüş səmimi və konstruktiv şəraitdə keçib, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından faydalı olub. Nümayəndə heyəti Azərbaycan Respublikasının Vyetnamdakı Səfirliyinin göstərdiyi diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.





























