image-2000x150
image-799000backend

Dostluq, əməkdaşlıq və xeyirxahlıq missiyasına həsr olunan ömür yolu

image-768x150

Bu gün Azərbaycan-Rusiya işgüzar və ictimai əlaqələrinin inkişafında xüsusi xidmətləri olan, Xəzər Biznes Təşəbbüsü təşkilatının və Rusiya-Azərbaycan İşgüzar Qadınlar Şurasının prezidenti, tanınmış iş adamı və ictimai xadim Gülnarə Məmmədhəsən qızı Rəhimovanın 65 illik yubileyi tamam olur.

Bu əlamətdar gün münasibətilə Diaspornews.az portalı adından Gülnarə xanımı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni uğurlar və fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq.

Gülnarə Rəhimova Azərbaycan və Rusiya arasında iqtisadi, humanitar və işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində uzun illərdir ardıcıl və səmərəli fəaliyyət göstərən nüfuzlu şəxslərdən biridir. Onun təşəbbüsləri, peşəkar fəaliyyəti və beynəlxalq əlaqələri iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişlənməsinə, yeni layihələrin həyata keçirilməsinə və qarşılıqlı tərəfdaşlıq imkanlarının artırılmasına mühüm töhfə verir.

Qeyd edək ki, Gülnarə Məmmədhəsən qızı Rəhimova 1961-ci ilin avqustun 1-də Bakı şəhərində anadan olub. Orta təhsilini paytaxtda aldıqdan sonra Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (hazırkı Azərbaycan Dillər Universiteti) bitirib. Daha sonra ikinci ali təhsilini Rusiya Dövlət İdarəçilik Akademiyasında alaraq idarəçilik və biznes sahəsində peşəkar biliklərini daha da zənginləşdirib.

Uzun illərdir Moskva şəhərində yaşayan Gülnarə Rəhimova hazırda dünyanın nüfuzlu maliyyə qurumlarından biri olan “VTB” bankında müşavir vəzifəsində çalışır. O, bank və biznes sahəsindəki zəngin təcrübəsini Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlərin inkişafına yönəldərək müxtəlif təşəbbüslərin reallaşdırılmasında fəal iştirak edir.

Gülnarə Rəhimovanın rəhbərlik etdiyi və təmsil etdiyi platformalar Azərbaycan və Rusiyanın işgüzar qadınları arasında əlaqələrin qurulması, sahibkarlığın inkişafı, yeni biznes imkanlarının yaradılması və qarşılıqlı əməkdaşlıq layihələrinin təşviqi baxımından mühüm rol oynayır.

Müasir dövrün çağırışlarını nəzərə alan Gülnarə xanım iqtisadi əlaqələrlə yanaşı, humanitar münasibətlərin inkişafına da xüsusi önəm verir. O, iki ölkənin xalqları arasında dostluq və qarşılıqlı hörmət münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində öz töhfəsini verməyə davam edir.

Gülnarə Rəhimovanın fəaliyyətində xeyriyyəçilik istiqaməti də xüsusi yer tutur. O, Rusiya Federasiyasında təhsil alan azərbaycanlı tələbələrə, eləcə də müalicəyə və sosial dəstəyə ehtiyacı olan imkanları məhdud şəxslərə daim diqqət göstərir, onlara mümkün qədər yardım etməyə çalışır. Bu humanist yanaşma onun ictimai fəaliyyətinin mühüm istiqamətlərindən biridir.

Gülnarə Rəhimovanın ailə tarixində də Azərbaycan-Rusiya münasibətlərinin və xalqlarımız arasında dostluq bağlarının xüsusi izləri var. Onun babası Pavel Alekseyeviç Krımov Böyük Vətən Müharibəsi illərində SSRİ rəhbərliyinin tapşırıqları əsasında, marşal Georgi Jukovun rəhbərliyi altında cəbhə bölgəsində döyüşüb. Müharibədən sonra isə Gülnarə xanımın anası Lyudmila Rəhimova Azərbaycana rus dili üzrə mütəxəssis-müəllim kimi göndərilib və ölkəmizin Qarabağ bölgəsinin Qubadlı rayonunda fəaliyyət göstərib.

Məhz burada onun valideynləri – Məhəmmədhəsən Rəhimov və gələcək həyat yoldaşı tanış olub, ailə həyatı qurublar. Onların həyat yolu Azərbaycan və Rusiya xalqları arasında dostluq və əməkdaşlıq münasibətlərinə xidmət nümunəsi kimi diqqət çəkir.

Gülnarə Rəhimovanın atası Məhəmmədhəsən Rəhimov da Böyük Vətən Müharibəsi iştirakçısı olub, döyüş yolu ilə Almaniyaya qədər gedib. Müharibədən sonrakı illərdə isə Qubadlı, Daşkəsən, Bərdə, Tərtər, Xaldan, Göyçay, Mingəçevir, Quba, Tovuz və digər rayonlarda müxtəlif məsul vəzifələrdə çalışaraq Azərbaycanın ictimai-siyasi və sosial inkişafına öz töhfəsini verib.

Gülnarə Rəhimova hər zaman öz ailəsinin, ata-babalarının keçdiyi şərəfli yolu yüksək qiymətləndirir, onların xatirəsini ehtiramla yad edir və onların həyat amalını – insanlara xidmət, əməkdaşlıq və dostluq dəyərlərini davam etdirir.

DIASPORNEWS.AZ PORTALI OLARAQ GÜLNARƏ RƏHIMOVANI BIR DAHA 65 İLLİK YUBİLEYİ MÜNASIBƏTILƏ TƏBRIK EDIR, ONA MÖHKƏM SAĞLAMLIQ, AILƏ RIFAHI, XOŞBƏXTLIK VƏ YENI BÖYÜK UĞURLAR ARZULAYIRIQ.

AZƏRBAYCAN VƏ RUSIYA ARASINDA ƏMƏKDAŞLIĞIN INKIŞAFINA, DOSTLUQ KÖRPÜLƏRININ MÖHKƏMLƏNMƏSINƏ VERDIYINIZ DƏYƏRLI TÖHFƏLƏRƏ GÖRƏ, GÜLNARƏ XANIM, SIZƏ TƏŞƏKKÜR EDIRIK. ARZU EDIRIK KI, BÜTÜN YENI TƏŞƏBBÜSLƏRINIZ UĞURLA HƏYATA KEÇSIN, QARŞIDAKI ILLƏR SIZƏ DAHA BÖYÜK NAILIYYƏTLƏR, XOŞ XƏBƏRLƏR VƏ UĞURLU LAYIHƏLƏR GƏTIRSIN.

 

Fuad Hüseynzadə

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki