image-2000x150
image-img_20220505_123222backend

ABŞ qəzetində Şuşada keçiriləcək “Xarıbülbül” festivalından yazılıb

image-768x150

image-img-20220506-wa0029Xəbər verildiyi kimi, 2022-ci ilin 12-14 may tarixlərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq. Festivala ABŞ-da nəşr olunan “The Bukharian Times” qəzetinin baş redaktoru, “Şaşmaqam Forever” beynəlxalq festivalının prezidenti Rafael Nektalov da qonaq və jurnalist kimi dəvət olunub.

“Diaspornews.az” xəbər verir ki, bu haqda Rafael Nektalov “The Bukharian Times” qəzetində dərc olunan “Azərbaycan, Şuşa: “Xarıbülbül” festivalı” başlıqlı yazıda fikirlərini bölüşüb.
Rafael Nektalov bildirib ki, uzun illər Azərbaycan peşəkar musiqi sənətinin korifeylərinin vətəni Şuşa şəhərinə səfər etmək arzusunda idi: “Dahi bəstəkar Üzeyir Hacıbəyov, “Arşın mal alan” ölməz musiqili komediyasının müəllifi, müğənni Bülbül, misilsiz tarzən Sadıxcan, xanəndə Xan Şuşinski 20-ci əsrdə Özbəkistan, Tacikistan, Türkmənistan xalqlarının peşəkar musiqi mədəniyyətinin formalaşmasında böyük təsirləri olub. 2008-ci ildən bəri dəfələrlə Azərbaycanda olmuşam, lakin ermənilər tərəfindən işğal olunmuş şəhərə daxil olmaq, demək olar ki, mümkün deyildi.  Beləliklə, 2020-ci ilin zəfərli müharibəsindən sonra, Qarabağ ərazisi işğalçılardan azad edildikdə və ölkə ordusu şəhərə bütün yanaşmaları təmizləyə bildikdə, mən ora baş çəkmək və “Xarıbülbül” festivalında iştirak etmək imkanı qazandım”.
Nektalov Şuşada keçiriləcək festivala dəvətin təşkilində göstərdikləri köməyə görə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimə, eləcə də Azərbaycanın mədəniyyət naziri Anar Kərimova təşəkkür edib: “Mayın 15-də Muğam Mərkəzində gözəl musiqiçi Murad Hüseynlə görüşüm olacaq. Burada 2022-ci ilin noyabrında Nyu-Yorkda keçiriləcək “Şaşmaqam Forever” beynəlxalq festivalında iştirak etmək üçün muğam ifaçılarının namizədləri müzakirə olunacaq”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki