“Antalya Diplomatiya Forumu incəliklə hazırlanmış və uğurla həyata keçirilən bir tədbir oldu. Dunya dövlətlərinin üçdə birindən çoxunu əhatə etsə də bütün dünya tərəfində çox böyük maraqla qarşılandı”. Bu fikirləri “Diaspornews.az”a Türk Kültür Platformasının sədr müavini, politoloq Rafail Qəribli bildirib.
O deyib ki, dünyanın güc mərkəzləri tərəfindən bölünməsindən daha çox, ədalətli bir dünya düzəninin qurulmasına meyilləri ilə səsləşir: “Forum ərəfəsində baş verən dövlətlərarası münasibətlərin daha da inkişafına təkan verən hadisələr, daha dogrusu görüşlər də onu göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Forum xoş niyyətli, dürüst bir tədbirdir.
BMT-nin Baş katibi Üttereşin Forumun işini qiymətləndirməsi də onu göstərir ki, bu tədbir dunya əhəmiyyətli bir hadisədir.
Forumun işində iştirak edən nümayəndələr arasında ikitərəfli və çoxtərəfli görüşlər onu göstərir ki, dünya dövlətləri və xalqları sülhə, əməkdaşlıq ideyalarına sadiq olduqlarını bir daha sübut etdilər”.
Politoloq qeyd edib ki, region dövlətləri arasında olan ikitərəfli və çoxtərəfli problemlərin həllinə doğru yeni bir addım atdı: “Forumda bu gün bütün dünyada ciddi narahatlıq yaradan Rusiya – Ukrayna savaşının sülh yolu ilə həllinə cəhdlər göstərilmişdir. Xarici işlər nazirlərinin üçtərəfli görüşü olmuşdur. Heç bir uğur əldə etmək mümkün olmasa da, gələcək yüksək səviyyəli danışıqların əsas mövzusu müzakirə edilib. Baxmayaraq ki, forumun əsas hazırlıq işləri münaqişədən çox- çox əvvəl başlanmışdır”.
https://youtu.be/KqzMe70HFo4