image-2000x150
image-ap-1backend

AP-nın ikiüzlü siyasəti ilə bağlı Özbəkistan saytlarında yazılar dərc olunub

image-768x150

Xəbər verildiyi kimi, martın 10-da Avropa Parlamenti “Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı” antiazərbaycan xarakteri qətnamə qəbul edib. Bu qətnamə Azərbaycan QHT-ləri, eləcə də Milli Məclis tərəfindən etirazla qarşılanıb. Bu mövzuda Özbəkistanın “Fikir.uz” (“Avropa Parlamentinin ikiüzlü siyasəti”) və “Gazetchi.uz” (“Avropa Parlamenti Azərbaycana qarşı Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib”) saytlarında iki məqalə dərc olunub. Diaspornews.azxəbər verir ki, məqalələr Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalələrdə qeyd olunub ki, Azərbaycan dövləti Avropa Parlamenti ilə əməkdaşlıqda hər zaman bütün məsələlər, o cümlədən demokratiya və insan haqları sahəsində açıq və davamlı dialoq münasibətləri zərgiləyib: “Lakin Avropa Parlamenti Ermənistanın Azərbaycana qarşı yeritdiyi aqressiya və etnik təmizlə siyasətinin doğurduğu ağır nəticələri hər zaman görməzdən gəlir. Bunun bariz nümmunəsi olaraq Avropa Parlamenti Azərbaycanla bağlı dəfələrlə qərəzli və birtərəfli qətnamələr qəbul edib. Son olaraq isə martın 10-da Avropa Parlamenti “Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı” qəbul etdiyi antiazərbaycan xarakteri qətnaməni göstəmək olar. Avropa Parlamentində qaldırılan qətnamədə Qarabağda guya erməni mədəni irsi dağıdılması müzakirə edilib. Hansı ki, 30 il ərzində Azərbaycan mədəni irsi dağıdılıb və bu hallarla bağlı bir dəfə də reaksiya verilməyib”.

Məqalələrdə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin Avropa Parlamentinin 2022-ci il 10 mart tarixli qətnaməsinə dair etiraz bəyanatı yaydıqları qeyd olunub.

Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

http://fikr.uz/blog/ziyonet_simpozium/yevropa-parlamentining-ikkiyuzlamachilik-siyosati.html

http://gazetchi.uz/2022/03/14/evroparlament-qorabog-buyicha-ozarbayjonga-qarshi-rezoljucija-qabul-qildi/

image-ap-5

image-ap-2

image-ap-3

image-ap-4

 

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki