image-2000x150
image-c1288b63-503f-43c3-9e1e-345d32243581backend

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

image-768x150

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan Diaspor Könüllüləri” poqramı çərçivəsində diaspor nümayəndələri ilə gənclərin görüşü baş tutub. Görüşdə Rusiya Federasiyasının “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımov və Samara vilayəti Azərbaycanlıların Liqası ictimai təşkilatının sədri Şirvan Kərimov iştirak ediblər.

Diaspor nümayəndələri təmsil etdikləri ölkələr və öz fəaliyyətləri barədə ətraflı məlumatlar verib, zəngin təcrübələrini bölüşüblər. Görüş interaktiv bir formatda keçirilib və mədəni irs, təhsil, diaspor quruculuğu, təşkilatlanma, həmin ölkələrin nüfuzlu ali məktəbləri ilə bağlı geniş müzakirələr aparılıb.

Görüşün sonunda qonaqlarla birgə xatirə şəkli çəkdirilib.

image-062d9522-71c0-40a0-96fa-efea442c0a80 image-4238181b-4db9-44d3-81c0-d6403d510ec4

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki