image-2000x150
image-71d6fc37-c13d-42c6-a774-2c083c7db551backend

Azərbaycan diasporu Orenburqda yardım kampaniyasında iştirak edir

image-768x150

Xəbər verildiyi kimi Rusiyanın Orenburq vilayətində daşqınlarla əlaqədar gərgin vəziyyət yaranıb. Vilayətdə federal xarakterli fövqəladə vəziyyət rejimi elan edilib. Əhali müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirlib. Belə gərgin vəziyyətdə Azərbaycan diasporu da fəallıq göstərərək əhaliyə yardım kampaniyasında iştirak edir. Belə ki, Orenburq vilayəti Azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti Qanunvericilik Məclisinin deputatı Yelena Vladimirovna Afanasova və Gənc Qvardiya könüllüləri ilə birlikdə 5 tondan çox su daşıyıb.
“İndi təmiz qablaşdırılmış suya böyük ehtiyac var. Biz isə çalışırıq ki, yerləşdirmə mərkəzlərində insanların rahat qalması üçün daima su və lazım olan hər şeyi gətirək”, – deyə Orenburq vilayəti Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədri Yaşara Məsimov saytımıza bildirib.

Qeyd edək ki, aşağıdakı müvəqqəti sığınacaq mərkəzlırinə su verilib:
– Aviatsionnaya 8/3, 11 saylı orta məktəbdə
– Belyaevskaya 57/1, 35 saylı orta məktəbdə
– Zavodskaya 34, Orbita Mədəniyyət Sarayında
– Novaya 4/1

image-8d36b2eb-f322-40fb-9f11-2fc57f132034 image-9c6a9537-4e08-441a-af3c-49cee7ad9227

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki