Aprelin 8-də Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin nümayəndələri Mahaçqala şəhərindəki “5 nömrəli internat məktəbi”ndə (kimsəsiz uşaqlar üçün internat məktəbi) müvəqqəti məskunlaşmış Belqorod vilayətindən olan uşaqlara baş çəkmiblər. Muxtariyyətin sədri Rakif Əzizov qeyd edib ki, Azərbaycan icması Dağıstan ərazisində olan belqorodlu uşaqları dəstəkləməyə hər zaman hazırdır.
Qeyd edək ki, atəşə məruz qalan 600-dən çox insan, o cümlədən 500-dən çox uşaq və onları müşayiət edən şəxslər Belqoroddan Dağıstana gəlib.