Bu il Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan layihə həyata keçiriləcək. “Azərbaycan- Özbəkistan dostluq və qardaşlıq körpüsü” adlı layihə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən könüllü olaraq icra ediləcək. Layihənin tərəfdaşı Özbəkistan Yazıçılar İttifaqıdır.
Layihənin məqsədi Özbəkistanı azərbaycanlılara, həmçinin Azərbaycanı özbəklər yaxından tanıtmaq, Türk dünyası birliyi düşüncəsini formalaşdırmaq, vətəndaş cəmiyyəti olaraq iki ölkə arasında əlaqələrin güclənməsinə töhfə verməkdir. İl ərzində layihə çərçivəsində Azərbaycanda və Özbəkistanda müxtəlif səpkili tədbirlər təşkil ediləcək.
Layihənin informasiya dəstəkçisi “Diaspornews.az“ və “Muzaffar.uz” saytlarıdır.