image-2000x150
image-whatsapp-image-2025-02-21-at-13-35-18_8765bff4backend

Azərbaycan və Afrika arasında yaşıl texnologiyalar sahəsində əməkdaşlıq güclənir

image-768x150

COP29 çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti, Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi, Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar ictimai birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərinin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində Azərbaycan və Afrika arasında yaşıl texnologiyalar sahəsində əməkdaşlıq güclənir.
Bakıda keçirilən COP29 çərçivəsində “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi və “Afrika Gənclərinin İnkişaf Fondu” arasında mühüm əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova və “Afrika Gənclərinin İnkişaf Fondu”nun prezidenti Professor Tunji John Asaolu imzalayıblar.
Bu memorandum “Yaşıl dünya üçün həmrəylik ili” çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində ekoloji dayanıqlılıq və yaşıl iqtisadiyyat sahəsində birgə əməkdaşlığın inkişafına yönəlib.
Sənəd yaşıl texnologiyaların inkişafı, bərpa olunan enerji mənbələrinin tətbiqi və ətraf mühitin mühafizəsi istiqamətində tədqiqatların aparılmasını nəzərdə tutur. Memorandum həmçinin COP30 Braziliya üçün qarşılıqlı əməkdaşlıq, Azərbaycanda elan edilən qrant proqramları üzrə tərəfdaşlıq və təcrübə mübadiləsi kimi məsələləri də əhatə edir.
Şəbnəm Səfərova çıxışında vurğulayıb ki, bu əməkdaşlıq Qarabağ regionunda dayanıqlı inkişafın və yaşıl texnologiyaların tətbiqinin sürətləndirilməsinə töhfə verəcək. O qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, ekoloji cəhətdən təmiz həlləri ön plana çəkir.
Professor Tunji John Asaolu isə bildirib ki, bu memorandum Afrika və Azərbaycanın ekoloji sahədə əməkdaşlığını yeni mərhələyə çıxaracaq. O, yaşıl sahibkarlığın inkişafı və ekoloji layihələrin dəstəklənməsinin vacibliyini vurğulayaraq, iki tərəf arasında daha geniş miqyaslı proqramların həyata keçiriləcəyini qeyd edib.
Memorandum çərçivəsində tərəflər ekoloji problemlərin həlli, innovativ texnologiyaların tətbiqi və gənclərin bu sahədə fəallığının artırılması üçün birgə layihələr reallaşdıracaq. Bu əməkdaşlıq Azərbaycan və Afrika regionu arasında ekoloji dayanıqlılıq sahəsində güclü tərəfdaşlığın qurulmasına töhfə verəcək.

image-whatsapp-image-2025-02-21-at-13-35-17_629b70bb image-whatsapp-image-2025-02-21-at-13-35-18_a6917c3f

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki