21-24 iyun tarixində “Motivator Azerbaijan” layihəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş güləş turniri keçirlib. Güləşin yunan-Roma və sərbəst növündə 400 güləşçi müxtəlif çəki dərəcəsində “Çempion kəməri” uğrunda mübarizə aparıb. Geniş izləyici kütləsi qarşısında keçirilən bu mübarizəyə ev sahibliyini Abşeron Olimpiya İdman Kompleksi edib.
Çempionatda Rusiya, Qazaxıstan, Özbəkistan və Tacikistanda gələn idmançılar da öz güclərini sınayıblar. Qeyd edək ki, Aslanov Güləş Akademiyası İdman Klubunun rəhbəri Elvin Aslanovun dəvəti ilə Özbəkistandan yarışda Azamat Saliev 79 kq, Əmrah Hüseynov 60 kq, Sarvar Toşnazarov 65 kq, Muhammadsobit Sobitov 86 kq iştirak ediblər. Onların məşqçisi Özbəkistanın tanınmış güləşçisi Mehdi Hüseynovdur.
Qaliblər sırasında Özbəkistanı təmsil edən idmançılar da olub. Yarışın qaliblərinə “Çempion kəməri” və qiymətli hədiyyələr təqdim olunub. İzləyicilər arasında idman xadimləri, iş adamları, içtimaiyyət nümayəndələri və tanınmış simalar olub.