image-2000x150
image-img-20240219-wa0091backend

Azərbaycanı xaricdə təmsil edən “FC LAND OF FIRE” futbol klubundan növbəti qələbə

image-768x150

Polşanın Katowice Liga Szóstek təşkilatı tərəfindən təşkil olunan Silesia regionunun futzal turnirində Azərbaycanı xaricdə təmsil edən “FC LAND OF FIRE” futbol klubu, heyətində erməni oyunçuların olduğu “LuzBluesTeam” klubuna qalib gələrək 3-cü yerə çıxıb. “Diaspornews.az” xəbər verir ki, bununla “FC LAND OF FIRE” futbol klubu Varşavada keçiriləcək ölkə səviyyəli futsal turnirinə vəsiqə qazanıb.
Xatırladaq ki, iki il öncə Əli Nəcəfov tərəfindən ermənilərin ən çox yaşadığı Silesia regionunda çətinliklərlə yaradılan kluba ilk dəfə Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli maddi və mənəvi dəstək göstərib. Bu gün klub Polşa Azərbaycanlıları Şurası, eləcə də Ada Food, Nes Logistik kimi sponsorların dəstəyi ilə gücünə güc qataraq ölkədə tanınmağa başlayıb.
“Playarena.Pl” futbol təşkilatı tərəfindən oktyabr ayının ən yaxşı klubu seçilən klubu, liqada mövsümun ilk hissəsini 9 qələbə, 1 heç-heçə ilə başa vuran klub birinci hissəni qalib olaraq tamamlayıb.
Klubun ən böyük diaspor fəaliyyətlərindən biri də tərkibində xeyli xarici futbolçuların olmasıdır. Ukranya, Polşa, Brazilya, Kolumbiya, Sudan, İngilterə kimi ölkələrdən futbolçularla zənginləmiş klub ölkəmizin mədəniyyətini futbolçular və ailələrinə ən gözəl şəkildə inteqrasiya etməyə davam edir.
Kapitan Heydər Qurbanov və direktor Əli Nəcəfov ən əsas hədəflərinin yerli futbolçuların Polşa klublarına keçidini reallaşdırmaq olduğunu bildiriblər. Sevindirici haldır ki, Emin Mustafayev və (“Vətən” futbol klubu yetirməsi) Əlisahib Əmiraslanov (“Vətən” futbol klubu yetirməsi) Raków Częstochowa akademiyasının tərkibindəki “Laskowice” futbol kulubuna transferləri mümkün olub. Onlar bu ilin son 3 ayından sonra növbəti il müqavilə imzalayacaqlar.

image-img-20240219-wa0099 image-img-20240219-wa0096 image-img-20240219-wa0097

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki