image-2000x150
image-img_1411backend

Azərbaycanlı jurnalistin adı 10 ən yaxşılar siyahısında

image-768x150
Niderlandda fəaliyyət göstərən tanınmış azərbaycanlı jurnalist Vüqar Abbasovun adı Avropa Xəbər Agentliyinin (European News Agency) 30 ən yaxşı jurnalisti (Top 30 ENA-journalisten) siyahısına salınıb.
Diaspora.TV xəbər verir ki, bu barədə V.Abbasov sosial şəbəkə hesabında paylaşım edib.
“Bir müddət öncə fb– da Avropa Xəbər Agentliyinin (European News Agency) “Top 30 jurnalist ” reytinq cədvəlində (ENA – nın 30 jurnalisti – Top 30 der ENA-Journalisten) ilk 30 – luqda 24 – cü yerdə olduğum barədə xəbəri paylaşmışdım. Həmin vaxt qarşıma hədəf kimi ilk 10 – luğa düşməyi qoymuşdum. Avropa Xəbər Agentliyinin saytında bu gün açıqlanan statistikada adım ən yaxşı 30 jurnalist arasında 10 – cu yerdə qərar tutub. Növbəti hədəflərdən biri ilk beşliyə düşməkdir. Tanrı utandırmasın”, – deyə V.Abbasov bildirib.
Qeyd edək ki, sözügedən xəbər agentliyinin Avropanın müxtəlif ölkələrində 110 əməkdaşı var və bu statistika son 180 gündə göstərilən aktivlik də nəzərə alınaraq tərtib edilir.
image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki