image-2000x150
image-17064722723079052977_1200x630backend

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

image-768x150

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə geniş oxucu və tamaşaçı auditoriyasına malik 24news.ge internet televiziyasının “Sərbəst müzakirə” verilişinin qonağı olub.

AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov və Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov telejurnalist Azər Məmmədovun təqdimatında Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı son ədalətsiz qərarını müzakirə ediblər.

Müzakirə zamanı AŞPA-nın qərəzli, heç bir hüquqa sığmayan, ədalətsiz qərarı qətiyyətlə pislənilib. Bu cür qərarların 2020-ci ildə Azərbaycanın 44 günlük müharibədə parlaq Qələbəsindən narahat olan anti-Azərbaycan qüvvələrin ikiüzlülüyündən başqa bir şey olmadığı vurğulanıb.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki