Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin nümayəndələri Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyi ilə birgə 28 May-Müstəqillik Gününü qeyd ediblər. Tədbirdə Belarus hökumətinin nümayəndələri, Belarusda akkreditə olunmuş səfirliklər, Minsk şəhərinin “KAO” Bələdiyyə Təşkilatının və Brest, Polotsk, Qomel, Qrodno, Jlobin, Kalinkoviçi, Bobruysk şəhərlərinin regional bölmələrinin nümayəndələri, o cümlədən diaspor üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevin çıxışından sonra “Azərbaycan İcmaları Konqresi”nin “Sarı gəlin” və “Odlar Yurdu” ansambllarının çıxışı tədbirə milli ovqat bəxş edib.


