Belarus Respublikasında fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 22 illiyi münasibətilə təbrik edib. Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi”nin sədri, “Şöhrət” ordenli, Əməkdar idman ustası Natiq Bağırov tərəfindən Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib: “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 22-ci ildönümü münasibətilə Sizi və rəhbəri olduğunuz Dövlət Komitəsinin bütün əməkdaşlarını Belarus Respublikasındakı azərbaycanlıların böyük diasporu adından təbrik edirəm.
Uzun illərdir ki, siz müxtəlif ölkələrdəki diasporlarla birlikdə vətənimiz Azərbaycanın rifahı üçün yorulmadan çalışırsınız. Biz isə fəxr və şadıq ki, Dövlət Komitəsi yaranandan bəri biz bir yerdəyik və həmişə Sizin qayğınızı hiss edirik. Həmçinin, biz əminik ki, yalnız sizin aparıcı halqa olduğunuz, ikinci halqanın isə dünya Azərbaycan diasporları olduğu tandemdə işləməklə biz Azərbaycanın dünya miqyasında müsbət imicini daha da gücləndirəcəyik. Belarus Respublikasındakı azərbaycanlıların böyük diasporu adından sizi təbrik edirik.
Siz və Komitə əməkdşalarına əminamanlıq, xeyirxahlıq, firavanlıq və sağlamlıq arzu edirik”