Sentyabrın 17-də Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Azərbaycançılıq ideyası-dünya azərbaycanlılarının istinad mənbəyi” kitabının təqdimatı keçirilib.
Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Belarus Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində keçirilən təqdimatda Azərbaycan diasporunun üzvləri, tələbələr, Belarus ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təqdimat çərçivəsində Belarus-Azərbaycan İcmaları Konqresinin idarə heyətinin üzvlərinə Təşəkkünamə təqdim edilib. Həmçinin Azərbaycan Dili və Mədəniyyəti MərkəzinəDiasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən hazırlanan nəşirlər, disklər və digər əyani vasitələr təqdim edilib.
Belarus-Azərbaycan İcmaları Konqresinin sədr müavini Rövşən Əliyev təltifə görə diaspor adından minnətdarlığını bildirib.
Sonda müəllif Fuad Hüseynzadə çıxış edərək başda Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov olmaqla tədbirin keçirilməsinə dəstək göstərənlərə, xüsusən yaratdığı şəraitə görə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimova təşəkkür edib.