18 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında 20 Sentyabr- “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Dövlət Suverenliyi-Müstəqilliyimizin əbədi rəmzidir!” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Daxili Qoşunların Hərbi İnstitutunun prorektoru polkovnik Eldəniz Abbasov və kursantlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, qazilər və hərbçilər, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimai birliklərin nümayəndələri, gənclər iştirak edirdilər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə ölkəmizdə 20 Sentyabr – Dövlət Suverenliyi Gününün təsis edildiyi və bu tarixin Azərbaycan xalqının əsrlər boyu davam edən mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsi olduğu, dövlət başçısının müdrikliyi, Azərbaycan xalqının iradəsi, ordumuzun gücünün təntənəsi nəticəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə və qürurla dalğalandığı, Dövlət Suverenliyi Gününün xalqımızın milli birliyinin, müstəqil və qüdrətli Azərbaycanın əbədi mövcudluğunun rəmzi olaraq tariximizdə xüsusi yer tutduğu fikirləri səsləndi.
20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş konsert proqramının bədii hissəsində Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva, Azərbaycan Respublikasının əməkdar artisti Lalə Məmmədova, müğənni Mərdan Kazımov, Samirə Əliməryəm və Yaqut Xəlilzadənin ifalarında xalq mahnıları, vətənpərvər ruhlu kompozisiyalar, biri-birindən gözəl musiqilər səsləndi, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi “Odlar yurdu” rəqs ansamblının gözəl rəqsləri nümayiş olundu.
Sonda xatirə şəkli çəkildi.