image-2000x150
backend

…Biz bir bütövün parçalarıyıq, siz qardaşlarınızın arasında yox, ürəklərdəsiniz

image-768x150

Türk dünyası adına düzənlənən bütün tədbirlərdə gözüm türkman qardaşlarımı axtarır. Əlbəttə bu səbəbsiz deyil. Uşaqlıq illərimin ən isti,şirin ,kövrək xatirələri atamın dilindən düşməyən türkman bayatıları,ürəkləri riqqətə gətirən mahnılarla bağlıdır. İki il öncə Allahın lütfüylə Kıprızda düzənlənən festivalda tanış olduğumuz qardaşlarımızla söhbətlərimizi şeirlə başlayıb şeirlə,musiqiylə bitirərdik. Qarabağ zəfərimizə necə sevindiklərini ,ünvanladıqları sualları eşitmək o qədər xoş idi ki.. Ayrılarkən əzbər bildiyim bir neçə bayatı deyib qardaş-bacı kimi qucaqlaşdıq.
Dağ üstə duman gələr
Yağışa güman gələr.
Yağ-yağ üstə tökülər
Yarmalar yavan qalar.
ııı
Gülə naz,
Bülbül edər gülə naz.
Girdim bir dost bağına,
Ağlayan çox,gülən az.
Bu ilin oktyabr ayında Azərbaycanda İlqar Türkoğlunun Türkiyədə həmyerlimiz Hüseyn Gözəloğlunun təşəbbüsü və rəhbərliyi ilə Türkiyənin Bursa vilayətində başlanan Azərbaycan mədəniyyəti günlərində iştirak etdik. Türkmənelindən ,Telafərdən, Ərbildən,KərkükdənTuzhurmatudan Mosuldan, gələn qardaşlarımızı görüncə ürəyim dağa döndü. Bizə hər kəlmələrində ‘’can’’ deyən qardaşlarımızın səfərboyu həm avtobusda ,həm də auditoriya qarşısındakı çıxışları bizi elə coşdururdu ki… Mədəniyyət günləri çərçivəsində nəzərdə tutulan təqdimatlar sırasında Türk dünyasının çox böyük şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ,Çanakkale zəfərinin 110 illiyi və Qarabağ zəfərimizin 5 illiyi idi. Türkman qardaşlarımızın Qarabağımıza ,Çanakkaleyə həsr etdikləri şeirləri, səsləndirdikləri fikirləri göz yaşlarısız dinləmək mümkün deyildi.
Uzun illər Facebook üzərindən tanıdığım və illərdir sevə-sevə ,möhtəşəm proqramlarıyla milyonların qəlbini riqqətə gətirən Türk dünyasında sayılan,seçilən bir Riyaz Demirçi qardaşımı ilk dəfə Bursada gördüm. Hər dəfə söhbətlərimizdə onun tariximizə,mədəniyyətimizə olan sevgisi eyni zamanda tariximizlə bağlı bilgisi adamı heyran edir. Düzü bu qədər sevginin,sayğının qarşısında içimdə bir utanc hissi də keçirtdim. Qardaşlarımızın ən ağır günlərində yurd-yuvalarında minlərlə insan pərən-pərən olduğu vaxt biz qardaş əlimizi lazımınca uzada bilmədik. O yaralar hələ də sağalmayıb. Riyaz qardaşımla gələcək planlarımızdan danışdıq. Dəyərli Rüfət Muradlı, Riyaz Demirçi qardaşlarımızla birgə layihələr həyata keçirtmək işinə əqidə yoldaşım Əntiqə Qonaq xanımla biz də daxil olmaqla xeyr-dua verdik. Təkliflərimizi reallaşdırmaq üçün artıq axtarışlara başlamışıq. Çox sevindirici haldır ki, 2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsi keçirildi və mən də bu möhtəşəm tədbirin iştirakçısı idim. Müzakirələrdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə 2025-ci il martın 18-də Heydər Əliyev Mərkəzində “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunun keçirilməsi haqda məlumat diqqət çəkdi və alqışla qarşılandı.Həmin forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi Azərbaycanda olub, heyət işğaldan azad edilmiş ərazilərə – Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər edib, ilaxır çərşənbəni Bakıda keçirib, Novruz şənliklərinə qatılıb. Bu il Agentliyin donorluğu ilə “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi “Türkman marşı” musiqisini ərsəyə gətirib. Mahnını vətənpərvərlik mahnılarının görkəmli ifaçısı Şəmistan Əlizamanlı oxuyub, musiqi əsərinin sözləri tanınmış kərküklü şair Sabah Karaaltına (1956-2006) məxsusdur.Ən çox diqqətimi çəkən məsələyə gəlincə müzakirələrdə qeyd olundu ki, ortaq dəyərlər türk dünyasının böyük sərvətidir, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak edib. Hazırda Azərbaycanın İraq və Suriya ilə münasibətlərinin yüksələn xətt üzrə inkişaf səviyyəsi türkmanlarla əlaqələrin yeni səviyyəyə qaldırılmasına imkan yaradır. Türkman irsi üzrə görkəmli tədqiqatçı, Əməkdar elm xadimi, professorQəzənfər Paşayev türkmanlarla əlaqələrin gücləndirilməsinə dair konkret təkliflərlə çıxış edib, vətəndaş cəmiyyəti təmsilçilərini bu prosesə daha çox dəstək verməyə çağırdı. Qəzənfər Paşayev bu il “Azərbaycan-İraq türkman ədəbi əlaqələri: ayrılığın sonu” adlı kitab ərsəyə gətirdiyini bildirdi. Kitabın redaktoru Kərkük Kültür Dərnəyinin başçısı Şəmsəddin Kuzəçidir: “Sevinirəm ki, məhəbbətlə yazdığım, Azərbaycan-İraq türkman ədəbi əlaqələrinin 1960-2025-ci illər arası bir dövrünü əhatə edən əsəri başa çatdırmışam”.
2026-cı il Türkman İli elan edilib. Hər birimiz bu tarixi məqamdan maksimum yararlanmalı qardaşlarımızla qurulmuş dostluq körpüsünü möhkəmləndirməliyik. Bütün bu işlər sözlə deyil,əməlimizlə bəhrə verə bilər. Sizlərlə bu kiçik paylaşımı dəyərli qardaşım Riyaz Demirçinin Qarabağ Zəfərimizə həsr etdiyi şeirlə bitirmək istərdim.
PS Ey mənim qanı qanımdan,canı canımdan olan Türkman elim,bilin ki siz QARDAŞLARINIZIN ARASINDA YOX ÜRƏKLƏRİNDƏSİNİZVƏ KİMSƏ XAİN NİYYƏTLƏ BİZLƏRİ BİR-BİRİMİZDƏN QOPARIB AYIRA BİLMƏZ!!!!!!
ŞANLI ZEFER
Toprak Ana gibidir kaybolsa yok olursun,
Savunması şereftir düşmana ok olursun.
Birlikte kurtarılır gücünde çok olursu,
Karabağlı Yiğitler aldı düşman elinden.
Beş yıldır şanlı Zafer yine aldık toprağı,
Toprağa dalgaladık Azerbaycan bayrağı!!
Bizlere doğru aktı bu sevimcin ırmağı,
Türk dünyası şad oldu vurduk düşman gönlünden!!

Şişe,Fuzuli, Ağdem, Zengilen, Cebrailler tarihi yazdı,
Destan imanlı Türk şairler zaferi anlar.
Ancak Türk’ün dostu mahirler ,
Ne canllar şehit oldu bu Karabağ elinden
Bizden torpak usteyen yer altını boyladı ,
ize kalleşlik yemez bizde töre böyledir.
Bu da Türk’ün sözüdür son sözünü söyledi,
Vatan köklü ağaçtır dal kopmaz ki dalından,
Sevinçle mutluluktur Zafer vatan şanıdır.
Turan eli bir bütün birliğin nişanıdır
Bizi birleştiren bu millet vatan canıdır,
İçelim şerbetini uygarlığın balından.

image-279f2ad4-c894-4669-a02c-d107545ce525 image-9ffe7a31-2bed-488a-9aef-6f24633576eb image-7d0db57d-66d6-4935-84e0-1a46b7f74d1d image-07379acd-b565-408a-bff6-cf114d5f4f6a image-16d6e75e-2440-4fa5-bb77-c5a95a57937e image-7447fd21-e289-4ecd-80dd-9ca740c388db image-1391da22-7802-45b1-9bad-ed69e285d5cb

Riyaz Demirçi, şair,
Jalə Cəfərova, filologiya üzrə fəlsəfə doktoru, jurnalist
Bakı-Bursa.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki