image-2000x150
image-1711358543442571609_1200x630backend

Cenevrədə Novruz bayramına həsr olunan tədbir keçirilib

image-768x150

Cenevrədə Novruz bayramına həsr olunan tədbir keçirilib

AZƏRTAC xəbər verir ki, bayram tədbiri Azərbaycanın Cenevrə şəhərindəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə Cenevrədə və ətraf bölgələrdə yaşayan soydaşlarımız və Novruzu milli bayram kimi qeyd edən dost və qonşu ölkələrin səfirləri iştirak ediblər.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov Novruz adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyətinə və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb.

Sonra soydaşımız Mariya Xan Xoyskayanın rəhbərliyi ilə Cenevrədə fəaliyyət göstərən və üzvləri bu şəhərdə yaşayan azərbaycanlıların övladlarından ibarət “İrs” rəqs ansamblı tərəfindən Azərbaycanın xalq rəqsləri nümayiş olunub.

Bayramda qonaqlara Azərbaycan milli şirniyyatları və mətbəximizin təamları təqdim olunub.

Sonda Daimi nümayəndəliyin həyətində bayram tonqalı qalanıb.

image-1711358543379613718_1200x630

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki