image-2000x150
image-qht-agentliyi-dfjd-2026backend

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

image-768x150

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana dilini unutmuruq” layihəsinə start verilib. Diaspornews.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan diasporu üzvləri arasında ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinə dəstək vermək, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar arasında dilə bağlılıq hissini gücləndirməkdir. Layihə ilə bağlı fəaliyyətlər əsasən Norveç, Avstriya, Ukrayna, Gürcüstan, ABŞ, Rusiya, Belarus, Niderland, Almaniya, Polşa, Avstraliya və Küveytdəki soydaşlarımızla icra olunacaq.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində xaricdəki soydaşlarımızla hazırlanacaq müsahibələr, maarifləndirici məqalə və onlayn görüşlər vasitəsilə ana dilinin əhəmiyyəti ön plana çıxarılacaq, onun gündəlik həyatda istifadəsi təşviq ediləcək və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bu istiqamətdə təcrübələri paylaşılaraq daha geniş auditoriyaya çatdırılacaq. Ana dilinin qorunması ilə bağlı maarifləndirmə xidməti diasporumuza informasiya və motivasiya dəstəyi olacaq, həmçinin milli kimliyin və ana dilinə bağlılığın gücləndirilməsinə ictimai təsir edəcək.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki