Dağıstanın (RF) tanınmış ictimai – siyasi xadimi, jurnalist, Dərbənd Azərbaycanlıları Milli – Mədəni Muxtariyyətinin sədri Telman Hacıəliyev Moskvada İkinci Dünya müharibəsində nasist Almaniyası üzərindəki qələbənin və yəhudi xalqının məhv edilməkdən xilasının rəmzi sayılan “Qurtuluş və Nicat günü”nə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbir Ümumdünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti, tanınmış xeyriyyəçi və mesenat German Zaxaryayevin təşkilatçılığı ilə keçirilib.