image-2000x150
image-img_0577backend

Diaspor rəhbəri Şahin Məmmədova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

image-768x150

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədovla görüşüb.
Qonağı salamlayan sədr hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Xaricdə yaşayan azərbaycanlı alimlərin Komitə tərəfindən daim diqqət mərkəzində saxlanılmasının da bunun məntiqi davamı olduğunu qeyd edib.
Şahin Məmmədov fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. O, bildirib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər. Qeyd edib ki, bu gün dünya azərbaycanlıları ümummilli maraqlar naminə sıx birləşməsi üçün hörmətli Fuad Muradovun rəhbərliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi tarixi missiyanı uğurla icra edir. O, bundan sonra da xaricdə vətənimizin milli maraqlarının müdafiəsi və təbliği üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Görüşün sonunda Şahin Məmmədova diaspor fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib.
Şahin Məmmədov təltiflə bağlı öz təəssüratlarını saytımıza bölüşüb: “Ulu Öndər Heydər Əliyevin adına olan medalla təltif olunmaq çox böyük fəxrdir. Ümummilli liderimiz Azərbaycan diasporunun yaranması və formalaşmasında əvəzsiz xidmətlər göstərib. Biz dahi liderin tövsiyələrinə uyğun olaraq diaspor işində çox böyük uğurlar əldə etmişik. Bu medal Prezident İlham Əliyev tərəfindən tək mənim deyil, bütün Şimali Osetiyadakı diasporumusuzun fəaliyyətinə verilən qiymətdir. Göstərilən dəyər və etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm”.

image-img_0571 image-img_0582 image-img_0600

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki