image-2000x150
image-img-20230426-wa0049backend

Diaspor rəhbərinə Rusiya Prezidentinin “Təşəkkürnamə”si təqdim edilib

image-768x150

Xəbər verdiyimiz kimi, Yeni İl ərəfəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkənin ictimai-siyasi həyatında fəallıq göstərən bir sıra tanınmış şəxslərin təltif olunması ilə bağlı sərəncam imzalamışdı. Təltif olunanlar arasında Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilatın sədri Taleh Mahmudov da var idi. Sərəncama görə Taleh Mahmudov Rusiya Federasiyasının Prezidenti tərəfindən “Təşəkürnamə” ilə təltif olunmuşdur.

Aprelin 26-da Krasnoyarskda ötən dövr üzrə ictimai xadimlərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırma mərasimini Krasnoyarsk diyarının qubernatoru vəzifəsini icra edən Mixail Mixayloviç Kotyukov həyata keçirib. Bu tədbirdə Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilatın sədri Taleh Mahmudov fəal ictimai fəaliyyətinə görə Rusiya Federasiyası Prezidentinin “Təşəkkürnamə”si təqdim olunub. Nəzərə çatdıraq ki, Rusiya Federasiyası Prezidentinin bu mükafatı Vətənin qorunmasında və dövlətin təhlükəsizliyinin təmin edilməsində, qanunun aliliyinin möhkəmləndirilməsində, sağlamlığın və həyatının qorunmasında, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, dövlət quruculuğunda, iqtisadiyyatda xidmətlərinə görə həvəsləndirmə formasıdır. Bu “Təşəkkürnamə” elm, mədəniyyət, incəsənət, təhsil, təhsil, idman, xeyriyyəçilik fəaliyyəti və dövlətə digər xidmətlərə görə verilir.
Xatırladaq ki, Taleh Mahmudov 1998-ci ildən aktiv ictimai fəaliyyətlə məşğul olur. Onun fəaliyyəti əsasən, Azərbaycan mədəniyyəti və adət-ənənələrinin Krasnoyarsk vilayətində qorunub saxlanması və inkişafına yönəlib. 1998-ci ildə bilavasitə onun iştirakı ilə Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı yaradılıb. Taleh Mahmudovun rəhbərliyi altında bu təşkilat Krasnoyarsk vilayətinin, həmçinin şəhərin özünün sosial-mədəni və ictimai-siyasi həyatında daim iştirak edir. 2018-ci ildə Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazanan Taleh Mahmudov Krasnoyarsk şəhər Deputatlar Şurasına deputat seçilib. Dağıstanın Serqokolinsk rayonunun fəxri vətəndaşı olan Taleh Mahmudov 2018-ci ildə Vahid Rusiya Partiyasına üzv olub. Taleh Mahmudov 2019-cu ilin 5 aprelində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən fəxri fərmanla da təltif olunub. Həmçinin Taleh Mahmudovun xidmətləri hər il müxtəlif dövlət mükafatları, o cümlədən Krasnoyarsk diyarının qubernatorunun, Krasnoyarsk şəhərinin merinin və Azərbaycan hökumətinin təltifləri ilə qiymətləndirilir.
Taleh Mahmudovu belə əlamətdar yeni mükafat alması münasibətilə təbrik edir, qarşıya qoyduğu məqsədlərə çatmaqda ona bundan sonra da uğurlar arzulayırıq.

image-img-20230426-wa0047

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki