image-2000x150
image-img_6527backend

Drezden Azərbaycan icmasının rəhbəri vəfat edib

image-768x150

Almaniyadakı Azərbaycan diasporuna ağır itki üz verib. Drezden şəhərində fəaliyyət göstərən Azərbaycan icmasının rəhbəri Ağahüseyn Babayev 64 yaşında ürək çatışmazlığından vəfat edib.

1962-ci ildə Bakıda anadan olan Ağahüseyn Babayev orta və ali təhsilini doğma şəhərində alıb. 2004-cü ildə ailəsi ilə birlikdə Almaniyaya köçən soydaşımız diaspor fəaliyyətinə aktiv şəkildə qoşularaq, Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb.

O, 2006-cı ildə Drezdendə Azərbaycan dilinin qorunması, milli-mədəni dəyərlərimizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə “Alm.az” cəmiyyətini təsis edib. Qısa müddətdə Saksoniyanın ictimai-siyasi həyatında özünəməxsus yer tutan cəmiyyət Azərbaycan dili, tarixi, mədəniyyəti ilə bağlı çoxsaylı tədbirlər, layihələr və təşəbbüslər həyata keçirib, yerli ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsinə töhfə verib.

Diaspornews.az həmvətənimizin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki