image-2000x150
image-mescid-misir1backend

Ərəb mediası Azərbaycanın tarixi və dini abidələrinə qarşı erməni vandalizmindən yazıb

image-768x150

Məqalədə Azərbaycanın qeyri-hökumət təşkilatlarının erməni millətçilərinin milli, tarixi və dini abidələrimizi dağıtması ilə bağlı UNESCO-ya və Avropa Parlamentinə etirazı önə çəkilib  

Misirin “Rayetmisr.com” və Əlcazairin “Alharir.info” saytlarında “Ümumbəşəri dəyərlərə hörmətsizlik” sərlövhəli məqalə dərc olunub. Diaspornews.az xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalədə erməni millətçilərinin tarix boyu Azərbaycan xalqına məxsus milli, tarixi və dini abidələrini özününküləşdirdiyi, bu mümkün olmadıqda isə dağıtdıqları qeyd olunub: “İndiki Ermənistanda olan Azərbaycan toponimlərinin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib. Bu, yalnız Azərbaycan xalqına qarşı olan dözümsüzlük deyil, həm də bəşəriyyətə qarşı olan cinayətdir”.

Yazıda qeyd olunub ki, Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib, Qarabağa UNESCO missiyasının göndərilməsi təklifi ilə çıxış edib: “Məlum olduğu kimi, bu ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Görüşdə YUNESKO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub. Lakin fevralın 4-də əldə edilmiş razılaşmadan irəli gələrək missiyanın həyata keçirilməsinə Ermənistan hakimiyyəti maneə yaratmağa çalışır”.

image-mescid-elcezair2

Məqalədə Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin bu ilin fevralında Ermənistan ərazisində Azərbaycan xalqının irsinə qarşı törədilmiş “mədəni soyqırımı”n araşdırılması xahişi ilə UNESCO-ya müraciəti haqqında məlumat verilib: “Biz Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsi xahişi ilə sizə müraciət edirik. Ümid edirik ki, üzərinə öhdəlik götürmüş Ermənistan UNESCO missiyasının həyata keçirilməsinə mane olmayacaq və bir missiyanın obyektiv hesabatı nəticəsində bütün dünya Azərbaycan xalqının irsinə qarşı törədilmiş əməllər barədə xəbər tutacaq”.

Yazıda, həmçinin bildirilir ki, martın 10-da Avropa Parlamenti Azərbaycana qarşı ikili standart mövqe nümayiş etdirərək qətnamə qəbul edib: “Avropa Parlamentində qaldırılan qətnamədə Qarabağda guya erməni mədəni irsi dağıdılması müzakirə edilib. 30 il ərzində Azərbaycan mədəni irsi dağıdılıb və bu hallarla bağlı bir dəfə də reaksiya verilməyib”.

Məqalədə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Avropa Parlamentinə etiraz bəyanatı ünvanladılqarı vurğulanıb.

“Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib. Azərbaycana qarşı olan ikili standartlar, irqçi xarakterli yanaşmalar və islamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil etmişdir. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərində ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul olunması Azərbaycana qarşı növbəti riyakarlıqdır.

Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində – sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırımı törədib. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunub”,-deyə bəyanatdan yazıda sitat verilib.

image-mescid-elcezair3

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://rayetmisr.com/%d8%b9%d8%a7%d8%af%d9%84-%d8%b9%d8%af%d9%8a%d9%84-%d8%b2%d8%a7%d8%af%d9%87-%d9%8a%d9%83%d8%aa%d8%a8-%d8%b9%d8%af%d9%85-%d8%a7%d8%ad%d8%aa%d8%b1%d8%a7%d9%85-%d8%a7%d9%84%d9%82%d9%8a%d9%85-%d8%a7/

https://alharir.info/%D8%B9%D8%AF%D9%85-%D8%A7%D8%AD%D8%AA%D8%B1%D8%A7%D9%85-%D8%A7%D9%84%D9%82%D9%8A%D9%85-%D8%A7%D9%84%D8%B9%D8%A7%D9%84%D9%85%D9%8A%D8%A9/

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki