image-2000x150
image-img-20220522-wa0005backend

Haaqa şəhərində Qərbi Azərbaycan İcmasının Avropa nümayəndəliyinin ilk toplantısı olub

image-768x150

Niderland Krallığının Haaqa şəhərində Qərbi Azərbaycan İcmasının Avropa nümayəndəliyinin ilk toplantısı baş tutub.

Toplantı, Hollanda Azərbaycan Türk Kültur Dərnəyinin qərargahında, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini dosent Həqiqət Hacıyevanın və Nümayəndəliyin idarə heyətinin iştirakı ilə baş tutub. Toplantıda, eləcə də Kültür Dərnəyinin başqanı İlhan Aşkın da iştirak etmişdi.

Giriş sözü ilə toplantını, Nümayəndəliyin sədri Sima Cəfərova açdı. O, bu zaman ərzində görülən işlər və gələcək planlar haqqında danışdı.
Toplantının əsas məqsədi Avropada yaşayan Qərbi Azərbaycanlılarla əlaqə qurmaq və onların dili ilə Qərbi Azərbaycan problemini Avropa İctimaiyyətinə çatdırmaqdır.

Təəssüflər olsun ki, 1988-ci ildə soydaşlarımızın Qərbi Azərbaycandan deportasıyası dünya mediasında öz əksini tapmamışdır. O dövrdə “dəmir qapı” arxasında qalmış Sovet İttifaqı öz ərazisində baş verənləri məharətlə ört basdır etməyi bacarmışdır.
Bu səbəbdən 1 milyona yaxın Ermənistan ərazisindən Azərbaycana qaçqın kimi gələn soydaşlarımızın problemləri nəinki, dünya ictimaiyyəti, həmçini keçmiş SSRİ ölkəri üçün də gizli qalmışdır. Bu məqamları həll etmək üçün Qərbi Azərbaycan İcmasının Avropa Nümayəndəliyi vaztaşırı olaraq belə bir tədbirlərin keçirilməsini özünə borc bilir.
Toplantıya canlı bağlantı ilə qatılan dosent Həqiqət Hacıyeva iştirakçıları salamlayaraq, onlara uğurlar arzuladı və gələcək işlərinin perspektivliyi aspektlərinə toxundu.

Toplantının gedişatında
Nümayəndəliyin bütün Avropaya yayılması və böyük ölkələrdə filialların təsisi barədə müzakirələr aparıldı.

Səmərəli tərzdə davam edən görüş son 100 ildə Qərbi Azərbaycanda baş verən tarixi olayları xatırlamaqla öz işini yekunlaşdı.

 

BAK və Qərbi Azərbaycan İcmasının Avropa Nümayəndəliyinin mətbuat katibi Gülnarə Əliyeva

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki