image-2000x150
image-img_20220521_174122backend

Həmyerlimiz Poddubnı Beynəlxalq Güləş Liqasının qalibi olub

image-768x150

Mayın 20-də Moskvada Böyük Moskva Dövlət Sirkində Poddubnı Beynəlxalq Güləş Liqasının birinci turnirinin final döyüşləri baş tutub.

“Diaspornews.az” xəbər verir ki, Poddubnı Beynəlxalq Güləş Liqasının turniri ilk dəfədir ki, keçirilir. Buraya həm olimpiya güləşi, həm də pankration və qrapplinq üzrə yarışlar daxildir. Hər çəki dərəcəsində 16 idmançı çıxış edir.

Qadın güləşi üzrə yarışların bütün çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib. Medalçılar arasında azərbaycanlı güləşçi Xanım Vəliyeva (68 kq) da var.

image-img-20220521-wa0036
Xatırladaq ki, Xanım Vəliyeva Rusiyanın Krasnoyarsk şəhərində yaşayır. O, uşaq yaşlarından güləşlə məşğul olur.
Bu vaxta kimi saysız yerli və beynəlxalq yarışların qalibi olub. Onun məşqçisi Lidiya Alekseyevnadır.

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki