image-2000x150
image-img_20220414_113405backend

“Hüseyn Abdullayevi girovluqda 8 gün toka veriblər”

image-768x150

 

Ayxan Hacıbəyli: “Hazırda Mariupol şəhərində ölənlərin sayı 20 minə bu yaxındır”

Xəbər verildiyi kimi, Ukraynanın Mariupol şəhərində Kadırovçuların əlində girov saxlanan azərbaycanlı tələbə Hüseyn Abdullayev azadlığa çıxıb. Hüseyn Abdullayevin azad olunmasında Ukraynada yaşayan Elvir və İsa Əsədov qardaşları, həmçinin hərbi jurnalist Ayxan Hacıbəylinin rolu olub.

Ayxan Hacıbəyli Diaspornews.aza özəl olaraq bildirib ki, Hüseyn Abdullayevi şəxsi əlaqləri vasitəsilə çeçenlərdən azad ediblər: “Hüseynin ailəsi də, biz də bütün aidiyyəti qurumlara müraciət etdik. Təxminən bir ay ərzində çeçenlərlə mütəmadi olaraq telefon danışıqlarımız oldu. Nəhayət aprelin 12-də çeçenlərin komandiri bildirdi ki, Ramazan ayına görə azad edəcək. Aprelin 13-də isə Hüseyni buraxıblar”.

Ayxan Hacıbəylinin sözlərinə Hüseyn Abdullayevə girovluqda, demək olar hər gün işgəncə veriblər: “Zorla Hüseynin boynun qoymaq istəyiblər ki, əsgərdir. Hansı ki, onun əlində tələbə bileti var.

 Onunla bir yerdə qalanların əksəriyyətini güllələyiblər. Hüseyni də güllələmək istəyirmişlər. Amma gülllələməslər də olmazın əziyyətin veriblər. 8 gün ardbaard onu toka veriblər. Bütün daxili orqanları zədələnib. Ürəyində problemlər var. Hazırda xəstəxanda müalicə alır”.

Ayxan Hacıbəyli onu da əlavə etdi ki, hazırda Mariupol şəhərində ölənlərin sayı 20 minə yaxındır.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki