image-2000x150
image-downloadbackend

İnternet medianın fəaliyyəti sosial tələbatdan irəli gəlir

image-768x150

Azərbaycanda fikir, söz və məlumat azadlığı Prezident İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir

Hazırda Azərbaycan jurnalistikası beynəlxalq jurnalistika prinsiplərinə uyğun olaraq inkişaf edir. Baxmayaraq ki, Azərbaycanda onlayn media yenidir. Amma çap mediasının yaşı 150 ilə yaxındır. 1875-ci il iyulun 22-də ilk nömrəsi işıq üzü görən “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Bu gün də ölkəmizdə çap və onlayn mətbuatı cəmiyyətinin əsas informasiya təminatçısı rolunu oynayır. Ulu Öndər Heydər Əliyev milli mətbuatın cəmiyyətdə rolu haqqında demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”.

Artıq internet medianın fəaliyyəti sosial tələbatdan irəli gəlir. Azərbaycanda da bu baxımdan inkişaf özünü göstərir. İldən-ilə onlayn mediaya diqqət artır. Artıq nternet media resurslarının ayaqda qalması və maliyyələşməsi məsələsi də öz həllini tapıb. Hər il dövlət tərəfindən yazılı və onlayn mediaya yardım göstərilir.  Hazırda Azərbaycan Respublikasının Medianin İnkisafi Agentliyi tərəfindən onlayn qəzetlər, saytlar da maliyyələşir. Ümumi olaraq Kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. MEDİA Agentliyi media subyektləri ilə yaxından əməkdaşlıq edir, onların layihələrini maliyyələşdirir, jurnalist müsabiqələri keçirir.

Hazırda ölkədə internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Qlobal virtual şəbəkənin gətirdiyi imkanlar, yeniliklər, bunların nəticəsində formalaşan elektron dünya mühüm əhəmiyyət kəsb edir. İnternetin təsiri nəticəsində bir çox sahələr kimi, jurnalistikanın da fəaliyyət prinsipləri dəyişdi. Bu, eyni zamanda, internet və cəmiyyət, internet və media münasibətlərinə də təsir edib. Buna görə də bu gün istənilən adamın yolu, necə deyərlər, internetdən keçir. Xüsusən informasiyaya gündəlik ehtiyacı olan insanlar onlayn mediaya müraciət edirlər. Artıq internet media vacib informasiya mənbəyinə çevrilib. Bu gün insanların onlara lazım olan informasiyanı elektron poçt ünvanlarından, saytlardan ala bilməsinin əsasında yazmaq və oxumaq bacarığı dayanır. Müasir dövrdə çap mediası ilə internet medianın arasında güclü rəqabət gedir. Mövcud vəziyyət göstərir ki, internet media artıq çap mediasının önünə keçib. Bu gün çap məhsulları rədd edilməsə də, amma reallığa görə tələbat internet mediayadır. Bütün hallarda, qəzetlərin tamamilə yoxa çıxacağı ilə bağlı fikirlər məqbul deyil. Ənənəvi media hər zaman diqqətdə olub və olacaq. Lakin yeni dövr özü ilə yeni tələblər gətirir. Bu tələblərin şərtlərini isə yeni dövrün mediası tam yerinə yetirə bilir. Qeyd edək ki, az bir zamanda onlayn media cəmiyyət tərəfindən artıq qəbul olunub. İnternet media ictimai rəyə təsir edə bilir. İnternet medianın maliyyələşməsi sözügedən sahənin müəyyən inkişafına gətirib çıxarıb. Azərbaycanda bu sahədə aparılan müzakirələrə uyğun olaraq müsbət addımların atılması effektiv nəticə verib.

Prezident İlhm Əliyevə “Jurnalistlərin dostu” mükafatının verilməsi heç də təsadüfi deyil. Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər. Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı ölkə Prezident İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir.

image-6bfaf017-3b1c-4a5c-8f62-fd2931f556b1

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki